Bu gün
Azərbaycan gimnastları Dünya Kubokunda ümumilikdə 6 medal qazanıblar

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunda çıxışlarını uğurla başa vuraraq ümumilikdə 6 medal qazanıblar.
Təhlil.az xəbər verir ki, yarışın son günündə Selcan Mahsudova – Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda qızıl medala layiq görülərək birinci yeri tutub. Akrobatika cığırında çıxış edən Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal əldə edib.
Batut gimnastikasında Maqsud Mahsudov – Hüseyn Abbasov və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütlükləri sinxron proqramda bürünc medal qazanıblar. Fərdi yarışlarda isə Selcan Mahsudova gümüş medalla fəxri kürsüyə yüksəlib.