Bu gün

İslandiya Aİ-yə üzvlük prosesini sürətləndirir: Qərar yaxın həftələrdə açıqlana bilər

İslandiya hakimiyyəti artan qlobal geosiyasi gərginlik fonunda Avropa İttifaqına (Aİ) daxil olmaq prosesini sürətləndirmək qərarına gəlib. Təhlil.az "Politico" nəşrinin məlumatına istinadla xəbər verir ki, ölkənin hakim koalisiyası əvvəlcə bu addımı 2027-ci ilə planlaşdırsa da, mövcud şərait planların dəyişməsinə səbəb olub.

Mənbələr ölkə parlamentinin üzvlüklə bağlı referendumun tarixini yaxın bir neçə həftə ərzində elan edəcəyini bildirirlər. Bu qərar Aİ rəsmilərinin İslandiyaya, eləcə də islandiyalı siyasətçilərin Brüsselə reallaşan intensiv səfərlərindən sonra verilib. Əgər ölkə vətəndaşları səsvermədə üzvlüyə "hə" desələr, İslandiyanın bütün digər namizəd ölkələri qabaqlayaraq ittifaqa daha tez qoşulacağı gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?