Bu gün
Hindistan öz vətəndaşlarını İranı tərk etməyə çağırdı

Bu gün Hindistan hökuməti İranda yaşayan və ya səfərdə olan öz vətəndaşlarına İranın tərk etməyi tövsiyə edib. Təhlil.az xəbər verir ki, xəbərdarlıq Yaxın Şərqdə artan müharibə təhlükəsi, eləcə də Tehran və Vaşinqton arasında yüksələn gərginlik fonunda edilib.
Məlumata görə, Hindistanın Tehrandakı səfirliyi öz vətəndaşlarını mövcud nəqliyyat vasitələrindən, o cümlədən kommersiya reyslərindən istifadə edərək İranı tərk etməyə çağırıb. Tövsiyə tələbələr, zəvvarlar, iş adamları və turistlər də daxil olmaqla, İranda olan bütün Hindistan vətəndaşlarına şamil edilir.