Bu gün

İki nazir müavini vəzifəsindən azad edildi

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər.

Təhlil.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.

Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən silinib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?