Bu gün
Əfqanıstanda 12-dən çox yeni İŞİD və “Əl-Qaidə” bazası peyda olub

Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CSA) eksperti Serenko öz mənbələrinə istinadən bildirib ki, Talibanın nəzarətində olan Əfqanıstanda ekstremist və terrorçu infrastruktur durmadan genişlənir. Təhlil.az-ın məlumatına görə, qeyd olunur ki, təkcə son bir ay ərzində Əfqanıstanda İŞİD və Əl-Qaidə ilə əlaqəli ən azı 12 yeni baza peyda olub. Orta hesabla hər həftə terrorçular, əməliyyatçılar və terror təşkilatları üçün - işəgötürənlər üçün üç yeni baza peyda olur.