Dünən
Uitkof Trampa Rusiyadan bir qutu kürü hədiyyə aparıb

ABŞ prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkof vasitəsilə Xabarovsk diyarından bir qutu qırmızı kürü hədiyyə alıb.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumat yayıb.
Məlumata görə, Trampın xüsusi elçisi Stiv Uitkof Putinlə danışıqlarından əvvəl Moskva restoranında naharda kürüdən dadıb.
Məlumatda deyilir ki, "Qidadan böyük zövq alan xüsusi elçiyə bütöv bir qutu kürü hədiyyə edildi və Uitkof onu Trampa aparıb".