Bu gün
Pezeşkian: ABŞ bizə danışıqları davam etdirmək üçün alçaldıcı şərtlər təklif edir

"Biz ABŞ ilə danışıqlar apardıq və razılığa gəlməyə hazır idik, amma onlar müharibə ilə razılaşmanı pozdular. İndi onlar danışıqları davam etdirmək üçün alçaldıcı şərtlər təklif edirlər ki, mən bunu qəbul etmək niyyətində deyiləm. Biz alçaldıcılığa dözməyəcəyik və zəif və parçalanmış İran imicini qəbul etməyəcəyik", - deyə İran Prezidenti Pezeşkian bildirib.
Təhlil.az xəbər verir ki, o, həmçinin İranın münaqişə axtarmadığını vurğulayıb: "Biz dəfələrlə bəyan etmişik ki, bomba düzəltməyə çalışmırıq və hər hansı bir yoxlamaya hazırıq".