Dünən
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü müsbət qiymətləndirib

Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar yola düşüb və Ermənistana doğru hərəkət edir.
Təhlil.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Baş nazir bunu alqışladığını qeyd edib.
“Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb”, - o vurğulayıb.