Dünən
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - SƏRƏNCAM

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu
Eyvazov Təyyar Haşım oğlu
Əfəndiyev Akif Zahid oğlu
Meybəliyev Məmmədəli Tələt oğlu
Məmmədova Nailə Yusif qızı
Mirzə-zadə Valeh Ağasafa oğlu.