11 dekabr
2025 Nobel Mükafatları Stokholmda təqdim edildi

Stokholmda keçirilən mərasimdə mükafatları İsveç kralı XVI Karl Qustav təqdim edib.
Təhlil.az xəbər verir ki, laureatlar diplom, medal və 11 milyon kron mükafat alıblar.
Fizika: Con Klark, Mişel Devore, Con Martines
Kimya: Susumu Kitagava, Riçard Robson, Omar M. Yagi
Tibb: Meri Branko, Fred Ramsdell, Şimon Sakaguçi
İqtisadiyyat: Coel Mokir, Filip Agyon, Piter Hauitt
Ədəbiyyat: Laslo Krasnaxorkai Sülh Mükafatı Osloda təqdim edildi.
María Korina Maçado mərasimə qatıla bilmədiyi üçün mükafatı qızı Ana Korina Sosa qəbul edib.