Bu gün

"Uber AZ" taksi şirkəti adını dəyişərək "Heetch az" edib

Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb.

Tətbiqdə sərfəli qiymətlər, bir neçə komfort səviyyəsi və parlaq, fərqli brend üslubu təqdim olunur.

Azərbaycanda şəhər mobilliyi üzrə yeni xidmət — "Heetch Az" fəaliyyətə başlayıb. Sərnişinlərə səfərlərini sifariş etmək imkanı təqdim edən xidmət aydın qiymət siyasəti, yoxlanılmış sürücülər və özünəməxsus, parlaq brend üslubu ilə seçilir.

Tətbiqdə 5 tarif mövcuddur:

«Standart» gündəlik işə, görüşlərə və digər işlərə gedərkən istifadə üçün sərfəli seçimdir.

«Komfort» yolda daha çox rahatlıq istəyənlər üçün nəzərdə tutulub.

«Smart» geniş salonu və kondisioneri olan avtomobillərlə mühüm tədbirlər və xüsusi günlər üçün uyğun seçim təqdim edir.

«Premium» eksklüziv və daha komfortlu səfərlər üçün nəzərdə tutulub.

«Ekspress» isə vaxtında çatmaq istəyənlər üçün ən sürətli tarifdir.

Səfərin qiyməti sifariş zamanı konkret marşrut üzrə, tələbat və yaxınlıqda olan boş sürücülərin sayı nəzərə alınmaqla hesablanır. Qiymət səfər başlamazdan əvvəl tətbiqdə göstərilir.

Xidmətdən istifadə etmək üçün "Heetch Az" tətbiqini açmaq, təyinat ünvanını daxil etmək və tarif seçmək kifayətdir. Tətbiq avtomobilin nə vaxt gələcəyini və onu tapmaq üsulunu göstərir. Səfərin ödənişini tətbiqə əlavə edilmiş bank kartı ilə və ya nağd şəkildə etmək mümkündür.

Səfərdən əvvəl sərnişin sürücünün adını, avtomobilin modelini və dövlət qeydiyyat nişanını görə bilir. Marşrutu real vaxt rejimində yaxınları ilə paylaşmaq da mümkündür. Müştəri dəstəyi xidməti 24 saat fəaliyyət göstərir.

"Uber Az" istifadəçilərinə yalnız tətbiqi yeniləmək kifayətdir

"Heetch Az", "Uber Az" xidmətini əvəz edir. "Uber Az" tətbiqi artıq quraşdırılmış istifadəçilərin yeni tətbiq yükləməsinə və yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. “App Store” və ya “Google Play” vasitəsilə tətbiqi yeniləmək kifayətdir. Bundan sonra tətbiq "Heetch Az" brendi altında fəaliyyətini davam etdirəcək.

İstifadəçinin profili, əlavə edilmiş bank kartları, səfər tarixçəsi və yadda saxlanılmış ünvanları avtomatik olaraq yeni brendə köçürüləcək. Sürücülər, onlara dair tələblər və qiymətlərin hesablanma prinsipi dəyişməz qalacaq.

"Uber Az" tətbiqi əvvəllər quraşdırılmayıbsa, səfər sifariş etmək üçün “App Store” və ya “Google Play”dən pulsuz "Heetch Az" tətbiqini yükləmək və telefon nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır.

"Heetch" şəhər mobilliyi üzrə beynəlxalq xidmətdir. Azərbaycanda şirkət yerli qanunvericiliyin tələblərini və şəhərin xüsusiyyətlərini nəzərə alaraq rəqəmsal xidmət standartlarını inkişaf etdirməyə davam edəcək.

Ətraflı məlumat: heetchaz.com.