Bu gün

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 ABŞ dolları və ya 0,03 faiz artaraq bir barel üçün 106,84 ABŞ dollarına çatıb.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,7 ABŞ dolları və ya 1,70 faiz artaraq 101,60 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,005 ABŞ dolları və ya 0,01 faiz azalaraq bir barel üçün 72,945 ABŞ dolları olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,18 ABŞ dolları və ya 0,19 faiz azalaraq bir barel üçün 95,98 trABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.