Bu gün

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Hər il noyabrın 6-sı ölkəmizdə radio və televiziya işçilərinin peşə bayramı - Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur.

Təhlil.az xəbər verir ki, bu gün Azərbaycan televiziyasının 70, radiosunun isə 100 yaşı tamam olur.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Qeyd edək ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. 

Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.