Bayram günlərində əlavə qatar reysləri təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-10-da Azərbaycan Dəmir Yolları (ADY) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Təhlil.az xəbər verir ki, sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra istiqamətlər üzrə əlavə qatar reysləri təyin edilib:
Bakı–Qəbələ–Bakı: 7-10 noyabr tarixlərində Bakıdan saat 07:30-da, Qəbələdən isə 19:00-da;
Bakı–Ağstafa–Bakı: 7-10 noyabr tarixlərində Bakıdan saat 09:20-də, Ağstafadan isə 17:15-də;
Gəncə–Mingəçevir–Gəncə: Noyabrın 8-də Gəncədən saat 07:15-də, Mingəçevirdən isə 08:40-da.
Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hərəkət edəcək. Abşeron dairəvi dəmir yolunda isə 7-10 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəli tətbiq olunacaq.
Biletləri və hərəkət cədvəlini www.ady.az saytından, ADY Mobile tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür. Ətraflı məlumat üçün 1822 nömrəsinə zəng etmək olar.