Bu gün

Şirvanda kütləvi zəhərlənmə

Şirvan şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə olub.

Təhlil.az xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına əsasən, aprelin 7-də Şirvanda fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?