TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyinə təyinat alıb?

Səhiyyə Nazirliyinin mətbuat xidmətində kadr dəyişikliyi ilə bağlı məlumat yayılıb.
Təhlil.az “Bakupost”a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə təyinat alıb.
Bildirilib ki, ona nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Qeyd edək ki, F. İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib.
Xatırladaq ki, Anar Bayramov oktyabrın 19-da səhiyyə naziri təyin olunub. Ötən gün onun nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.