Bu gün

Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

Təhlil.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N.Yusifbəyli, Novruzov qardaşları, A.Səhhət, Mərdanov qardaşları və M.Sənani küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.