Bu gün

II cəhd qəbul imtahanları may və iyunda keçiriləcək

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək.

Təhlil.az bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən məlumat verir.

Bildirilib ki, mayın 24-də II və III, iyun 7-də isə I və IV ixtisas qrupları üzrə imtahan baş tutacaq.

Bununla yanaşı, coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Yuxarıda bəhs edilən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.