Bu gün

“Bizim həyət”də Novruz şənliyi - FOTOLAR

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir. Bununla əlaqədar paytaxt rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil olunur.

Təhlil.az xəbər verir ki, ənənəvi bayram tədbirləri Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə qeyd olunub.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, rəqqaslar, nağaraçılar və zurnaçı qrupları öz məharətlərini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib. Onlar bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait qurulub. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?