Bu gün
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
Görüşdə mədəniyyət naziri Adil Kərimli də iştirak edib.
Təhlil.az xəbər verir ki, Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, şagird və tələbələri, pedaqoji heyəti ilə görüşüb, akademiyanın fəaliyyəti, eləcə də dərs otaqları və məşq zalları ilə tanış olub.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələri qonaqlar üçün “Vals” (“Yatmış gözəl” baletindən) və “Qazağı” rəqsini ifa ediblər.
Bu gün
Dünən