Bu gün

Prezident həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Dramani Mahamaya məktub ünvanlayıb

Təhlil.az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?