Bu gün

Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biridir

26 fevral – Xocalı soyqırımının anım günü ilə əlaqədar Sənaye və Texnologiya Kollecində tədbir keçirilib. Tədbirdə idarə heyəti, müəllim və tələbələr, eləcə də fəxri qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, Xocalı qurbanlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədr müavini, Xocalı özünümüdafiə batalyonunun könüllü döyüşçüsü - itkin şəhid Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova həmin dəhşətli günlərdən bəhs edib. Tarixin qara səhifələrini ardıcıllıqla “Xocalı Soyqırımı Tanıtma” İctimai Birliyinin qadınlar şurasının sədri, Xocalı rayonunun ən yaşlı şəhidi, 82 yaşlı şəhidimiz Allahverdi Hüseynovun nəvəsi Ayna Allahyar qızı və Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov vərəqləyərək ürək sözlərini bildiriblər.
Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar və videoçarxlar nümayiş etdirilib. Kollecin tələbələri tərəfindən Xocalıya həsr olunan bayatı, şeir və ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda kollecin direktoru, professor Nasim Abışov çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirib və onun heç vaxt unudulmayacağını söyləyib. Sonra ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu məsələnin dünyanın siyasi arenasına çıxarılmasında göstərdiyi böyük xidmətlərdən danışıb. Xocalı faciəsini dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?