Bu gün
Teymur Musayev: Kadr siyasəti ciddi islahatlara məruz qalmalıdır

Azərbaycanın səhiyyə sahəsində mərhələli şəkildə islahatlar aparılır.
Təhlil.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir həmçinin əlavə edib ki, kadr siyasəti ciddi islahatlara məruz qalmalıdır:
"Bölgələrdə kadr çatışmazlığı ilə bağlı nazirlik, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işçi qrupu yaradılıb. Hazırda bununla bağlı tədbirlər davam etdirilir, mütəmadi görüşlər keçirilir".
T.Musayev eyni zamanla TƏBİB-in nazirliyə birləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib ki, bununla bağlı suallar TƏBİB-ə yönləndirilməlidir.
Bu gün