Bu gün
Bakıdan Laçına ilk avtobus marşrutu

Bu gündən Bakıdan Laçına müntəzəm avtobus reysi fəaliyyətə başlayıb.
Təhlil.az xəbər verir ki, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşür.
Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.
Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edən marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.