Bu gün

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

Təhlil.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.

İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?