Bu gün
Naxçıvana birbaşa çıxış: Ağbənd-Kəlalə körpüsü tamamlandı

Ağbənd-Kəlalə körpüsünün tamamlanması Azərbaycan üçün Naxçıvana birbaşa və etibarlı çıxış, İran üçün isə şimal istiqamətində ticarət və tranzit imkanlarının genişlənməsi deməkdir. Araz dəhlizi Zəngəzur marşrutuna alternativ kimi regionda yeni balans yaradır, Bakı isə bununla nəqliyyat arxitekturasının heç bir ölkədən asılı olmadığını göstərir. “Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də Rəşt-Astara dəmir yolu layihəsi ilə birlikdə Azərbaycan Orta Dəhliz və Şimal-Cənub marşrutlarının kəsişməsində əsas logistika qovşağı statusunu daha da möhkəmləndirir.
Bu gün
Bu gün