13 fevral

Sevgililər Günü kampaniyası: Biletlərə 35% endirim!

Azərbaycan Hava Yolları (AZAL) sərnişinlər üçün xüsusi kampaniya elan edib. Şirkət bilet qiymətlərinə 35% endirim tətbiq edir.

Təhlil.az xəbər verir ki, təklif 13 fevral – 15 iyun 2026-cı il tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.

Endirimdən yararlanmaq üçün sifariş zamanı “LOVEFLYING” promokodundan istifadə etmək lazımdır.

Qeyd edək ki, endirimli aviabiletlərin satışı yalnız 13–14 fevral 2026-cı il tarixlərində aparılır.

Biletləri yalnız azal.az rəsmi saytı və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Sərfəli səyahət fürsətini qaçırmayın!

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?