13 fevral

Qadın voleybolçular arasında növbəti oyun keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçiriləcək.

Təhlil.az xəbər verir ki, bu gün, saat 17:00-da UNEC kollektivi "Murov Az Terminal" komandasını qəbul edəcək.

Görüş UNEC-in idman zalında baş tutacaq.

Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?