Xankəndi şəhərinə qayıdış başlayır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Təhlil.az xəbər verir ki, bu gün Xankəndi şəhərinə ilk köç baş tutacaq.
Xatırladaq ki, 2025-ci il noyabrın 19 və 26-da Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında ilk köçlə bağlı püşkatma olub. Bunun nəticəsində ailələrin hansı bina və mənzillərdə yaşayacağı müəyyənləşib.
Daha sonra 2025-ci il noyabrın 27-də Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən ailələr arasında işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün maarifləndirmə tədbiri keçirilib.
Nəhayət, 2025-ci il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb. Bu mərhələdə qəsəbəyə 115 nəfərdən ibarət 30 ailə köçürülüb.