Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

19 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.
Təhlil.az bu barədə Nazirlət Kabinetinə istinadən xəbər verir.
İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.