Ermənistanın hərbi təxribatları və Xocalı soyqırımında həyatını itirmiş şəxslərin ailə üzvlərinə amnistiya tətbiq olunacaq

Ermənistanın hərbi təxribatları və Xocalı soyqırımında əlil olmuş şəxslər, həyatını itirmiş şəxslərin ailə üzvlərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına da amnistiya tətbiq olunacaq.
Təhlil.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb.
Qərar layihəsinə əsasən, Vətən müharibəsi dövründə Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş və ya həlak olmuş şəxslərin yaxın qohumlarına, həmçinin Xocalı soyqırımında həyatını itirmiş şəxslərin ailə üzvlərinə amnistiya tətbiq ediləcək.
Bu qərar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda həyatını itirənlərin ailələrinə dövlət tərəfindən yüksək ehtiramın və dəstəyin göstəricisi olaraq qəbul edilir.