Bu gün
Azərbaycan yeni sazişə qoşulur

Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur.
Təhlil.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bu gün