Bu gün

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib.

Təhlil.az xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşıb.

“Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”, - deyə paylaşımda qeyd edib.

Qeyd edək ki, bu gün Ramiz Rövşənin 79 yaşı tamam olur.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?