16 oktyabr

Gələn ay Ağdama daha 900 ailənin köçürülməsi planlaşdırılır

Ağdamın üç kəndində artıq məskunlaşma prosesi yekunlaşıb.

Təhlil.az xəbər verir ki,  bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ağdam kəndlərinə bu günə qədər təxminən 4 min nəfər geri qayıdıb:
“Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır”, — deyə Hüseynov vurğulayıb.

O həmçinin əlavə edib ki, gələn ay Ağdama daha 900 ailənin köçürülməsi planlaşdırılır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?