Hadrutun işğaldan azad olunmasından 5 il keçir

Müzəffər Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatı nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi həmin ilin 9 oktyabr tarixində işğaldan azad olunub.
Təhlil.az xəbər verir ki, həmin tarixdə işğal altında olan bir neçə yaşayış məntəqəsi də erməni separatçılarından təmizlənib. Sur kəndi, Tərtər rayonunun Çaylı kəndi, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndləri, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri də düşmən işğalından azad edilib.
Həmin gün 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı.
2021-ci ilin iyununda Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. Bu abidənin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi.
5 may 2023-cü ildə Prezident İlham Əliyev Xocavəndin Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub. Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur.