06 oktyabr

Ərdoğan və Mirziyoyev Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcəklər.

Təhlil.az xəbər verir ki, bu barədə hər iki dövlət başçısının mətbuat xidmətləri açıqlama yayıb.

Liderlər Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcəklər. Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Zirvə toplantısı oktyabrın 7-də Qəbələdə keçiriləcək.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də həmin iclasla bağlı Azərbaycana səfər edəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?