04 oktyabr
1 nəfər Kürdə batıb, axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Təhlil.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata əsasən, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Qeyd edilib ki, əlavə məlumat veriləcək.