02 oktyabr
Zelenski: Ukraynaya uzaqmənzilli silahların verilməsi Trampın qərarından asılıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi İcmasının yeddinci sammitinin kuluarlarında jurnalistlərə açıqlama verib:
“Ötən dəfə həqiqətən çox məhsuldar, çox səmərəli dialoqumuz oldu. Biz uzaqmənzilli silah sistemlərindən danışdıq. Gözləyək, hər şey onun – Trampın qərarından asılı olacaq. Bu, çox vacibdir.”
Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, ABŞ-nin dəstəyi Ukraynanın müdafiə qabiliyyətinin güclənməsi üçün həlledici əhəmiyyət daşıyır.
Bu gün