02 oktyabr

Ən çox ziyarət edilən e-xidmət portalı məlum oldu - MONİTORİNQ

Media Təhlil Mərkəzinin (MTM) ölkə əhalisinin elektron dövlət idmətlərinə olan marağının meyarını ölçmək məqsədilə həyata keçirdiyi monitorinqə əsasən məlum olub ki, avqust ayında ən çox ziyarət edilən portal e-taxes.gov.az olub. Bu sayta 1,4 milyondan çox istifadəçi daxil olub. İyul ayı ilə müqayisədə müəyyən azalma müşahidə olunsa da, istifadəçilərin burada orta qalma müddəti 21 dəqiqəyə yaxın, baxılan səhifələrin sayı isə 18-dən çox olub. Bu göstəricilər portaldan yalnız məlumat almaq üçün deyil, real əməliyyatların həyata keçirilməsi üçün də geniş istifadə olunduğunu göstərir.

Monitorinq zamanı diqqətçəkən məqamlardan biri my.gov.az portal ilə bağlı olub. Belə ki, rəqəmlər göstərir ki, avqust ayında saytın auditoriyası 34% artaraq 571 min ziyarətçini əhatə edib. İstifadəçilərin burada orta qalma müddəti 3 dəqiqədən az olması sübut edir ki, sayta daxil olanlar lazım olan xidməti tez taparaq işlərini qısa zamanda həll edə bilir.

Digər diqqətçəkən nümunə eagro.az portalıdır. İstifadəçilər bu saytda orta hesabla 8 dəqiqədən çox vaxt keçirib və 18,7 səhifəyə qədər baxış ediblər. Bu, fermerlər və aqrobiznes üçün elektron xidmətlərə marağın artdığını göstərir. Oxşar dinamika e-customs.gov.az saytında da müşahidə olunub. Burada istifadəçilərin orta qalma müddəti 10 dəqiqədən çox olub.

Digərləri ilə müqayisədə avqust ayında asanimza.az və sima.az portallarının ziyarətçi sayı iki dəfədən çox azalıb, e-sosial.az saytında isə həm istifadəçi sayının, həm də qalma müddətinin minimum səviyyəyə endiyi qeyd olunub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?