01 oktyabr
Separatçı və hərbi cinayətkar Cəlal Arutyunyan Ermənistanda həbs ediləcək

Özünü Qarabağdakı separatçı və qondarma erməni dövlətinin keçmiş müdafiə naziri adlandıran Cəlal Arutyunyan 44 günlük müharibənin bir neçə epizodu ilə bağlı 2022-ci ildə açılmış cinayət işində hərbi vəziyyətlə bağlı səhlənkarlıqda təqsirli bilinib.
Təhlil.az erməni mediasının məlumatına istinadla xəbər verir ki, Arutyunyan məhkəməni yubatmaq, qəsdən məhkəmə qərarlarını almamaq, məhkəmə iclaslarına gəlməmək, cəzadan yayınmaq üçün hər cür cəhd edib.
Ermənistan Kassasiya Məhkəməsi Arutyunyanın vəkillərinin şikayətinə baxmaqdan imtina edib və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nəticədə əvvəllər verilmiş 5,5 il həbs cəzası qanuni qüvvəyə minib.