01 oktyabr
Japarov Qırğızıstanda ölüm hökmünün bərpasını təklif edir

Qırğızıstan prezidenti Sadır Japarov ölkədə ölüm hökmünün bərpasını təklif edib. Təhlil.az xəbər verir ki, bu məlumatı dövlət başçısının mətbuat katibi Əsqət Alagözov rəsmən təsdiqləyib.
Prezident administrasiyanın hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə müvafiq qanunvericilik dəyişikliklərinin hazırlanmasını tapşırıb. Bu dəyişikliklər uşaqlara və qadınlara qarşı törədilmiş ağır cinayətlərə görə cinayət cəzasının maksimum dərəcədə sərtləşdirilməsini nəzərdə tutur.
“Xüsusən, bu, uşaqların zorlanmasına, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm hökmünün tətbiqinə aiddir”, - mətbuat katibi bildirib.