30 sentyabr
Hərbi prokurora ədliyyə general-mayoru rütbəsi verilib

Bəhruz Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.