29 sentyabr

Dəmir yollarında qiymət artımı gözlənilirmi? - Açıqlama

Azərbaycan Dəmir Yollarında gediş haqqında artım gözlənilmir.

Təhlil.az xəbər verir ki, bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

Hazırda Bakı-Sumqayıt qatarlarında gedişhaqqı 1.20 qəpik, Bakı-Biləcəri üzrə 0.60 qəpik, Bakı-Pirşağı xətti üzrə 1 azn təşkil edir.

Qeyd edək ki, 1 oktyabr 2025-ci il tarixindən metro nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən olunub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?