27 sentyabr
III MDB Oyunları ilə əlaqədar Gəncəyə əlavə qatar reysi təyin olunub

Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.
Təhlil.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, Bakıda Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında olacaq.
Bakıdan Gəncəyə biletin qiyməti 18,89 manat təşkil edir.