25 sentyabr

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır - AÇIQLAMA

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır.

Təhlil.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, B4 stansiyası bənövşəyi xəttin 8 Noyabrdan sonrakı stansiyası olacaq.

“Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası Nizami stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu syansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır.

Vurğulanıb ki, həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.