Bu gün

“Qarabağ” azarkeşləri üçün Lissabonda 500 yer ayrıldı – vauçerlər satışda!

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək möhtəşəm “Benfika” (Portuqaliya) – “Qarabağ” FK qarşılaşmasını stadiondan izləmək istəyən azərbaycanlı azarkeşlər üçün xoş xəbər var.

Təhlil.az xəbər verir ki,  Ağdam klubunun rəsmi saytında yer alan məlumata əsasən, azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da satışa çıxarılıb.

Vauçerlərin qiyməti 88 manatdır. Alınan vauçerlər daha sonra biletə dəyişdiriləcək və bununla bağlı ətraflı məlumat klub tərəfindən əlavə olaraq paylaşılacaq.

“Estádio do SL Benfica”da azərbaycanlı azarkeşlər üçün ümumilikdə 500 yer ayrılıb.

Vauçeri biletə dəyişmək istəyənlər şəxsiyyət vəsiqələrini də özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?