Bu gün

4 saatlıq elektrik fasiləsi olacaq - XƏBƏRDARLIQ

Yevlaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təhlil.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağ qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə də şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?