Dünən
Bakıxanovun Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-dan saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilib.
Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.