Bu gün

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

İsrail Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib. Təhlil.az xəbər verir ki, bu barədə bazar ertəsi İsrail xarici işlər naziri Gideon Saar Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

G.Saar qeyd edib ki, İsrail girovların azad edilməsini və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan müharibənin başa çatması haqqında sazişi qəbul etməyə hazırdır.

Mediada bildirildiyinə görə, indi təklif nəzərdə tutur ki, İsrail əvvəlcə müharibənin başa çatması üçün altı aylıq prosesin başlanğıcını elan edəcək. Daha əvvəl Netanyahu bütün şərtlər yerinə yetirilənə qədər buna qəti şəkildə razılaşmırdı, bu şərtlər arasında HƏMAS-ın tam tərkisilah edilməsi, bütün girovların dərhal azad edilməsi və Qəzza zolağında alternativ hökumətin yaradılması var idi.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?