Dünən

Qapağı sınmış kanalizasiya quyusu təhlükə saçır - Faciəni unutduq?

Paytaxt ərazisində qapağı sınmış kanalizasiya quyusu sakinlərin həyatı və sağlamlığı üçün təhdid mənbəyinə çevrilib. Təhlil.az xəbər verir ki, görüntü Bakının Mehdi Mehdizadə küçəsi 38A ünvanına aiddir. Şəhərin mərkəzi ərazilərindən sayılan və gediş-gəlişin çox olduğu küçədə çəkilən bu görüntü bəzi sakinlər üçün adi olsa da, yaxın keçmişdə baş verən hadisəni yada saldıqda mənzərə daha qorxulu görünür. Bənzər məsələ gənc Bakı sakininin həyatını itirməsinə səbəb olmuşdu. Təhlil.az aidiyyəti qurumları problemi tez bir zamanda aradan qaldırmağa çağırır.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?